YENİ QANUN QƏBUL EDİLDİ
YENİ QANUN QƏBUL EDİLDİ
BÜDCƏ PROSESLƏRİ ELEKTRONLAŞDIRILIR
Milli Məclis dövlət maliyyəsinin daha şəffaf və operativ idarə olunması üçün büdcə, mühasibat uçotu və dövlət satınalmalarının rəqəmsallaşdırılmasını nəzərdə tutan qanun dəyişikliklərini qəbul edib.Dəyişikliklərə əsasən, bütün bu proseslər Rəqəmsal dövlət maliyyəsi vasitəsilə elektron qaydada aparılacaq, satınalma müqavilələri onlayn bağlanacaq və maliyyə sənədlərinin kağız dövriyyəsi aradan qaldırılacaq. Qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.




