25 APREL SAHİBKLARLAR GÜNÜDÜR
AZƏRBAYCANDA 1,4 MİLYONDAN ÇOX SAHİBKAR QEYDİYYATDADIR
20 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində Ulu Öndər Heydər Əliyev yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə görüşüb. Prezident İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 10 ildir ki, ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Son illərdə sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahəsində mühüm addımlar atılıb.Azərbaycanda sahibkarlar, xüsusilə də mikro və kiçik sahibkarlıq subyektləri üçün vergi, gömrük və maliyyə sahəsində bir sıra güzəştlər və təşviqlər mövcuddur. Bu güzəştlər biznesin inkişafını dəstəkləmək və şəffaflığı artırmaq məqsədi daşıyır. Mikro sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75%-i gəlir və ya mənfəət vergisindən azaddır. Bu güzəştin tətbiqi üçün onun ən azı 3 işçisinin olması şərti tələb olunur.İnvestisiya təşviqi sənədinə sahib olan sahibkarlar isə 7 il müddətinə bir sıra vergi və gömrük güzəştlərindən istifadə edə bilərlər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də sahibkarların fəaliyyətini dəstəkləyir, onların hüquqlarını qoruyur və biznes mühitinin yaxşılaşdırılması üçün müxtəlif layihələr, konfranslar təşkil edir.Qeyd edək ki, 2025-ci ilin rəqəmlərinə görə,Azərbaycanda 1,4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb.Onlardan 76.4%-ni kişilər, 23.6%-ni isə qadınlar təşkil edib.




