DÜNYA DİPLOMATİYASINDA TARİXİ GÜN
DÜNYA DİPLOMATİYASINDA TARİXİ GÜN
ABŞ VƏ İRAN ARASINDA RAZILAŞMA ƏLDƏ EDİLİB
ABŞ və İran təxminən 4 ay davam edən müharibəni başa çatdırmaq üçün razılaşıblar. Rəsmi imzalama mərasimi 19 iyunda İsveçrədə baş tutacaq. Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif sosial şəbəkə hesabında məlumat verib. İran dövlət mediası da Tehranla Vaşinqton arasında anlaşma əldə olunduğunu təsdiqləyib. İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi İran dövlət televiziyasına müsahibəsində ABŞ ilə əldə olunan razılaşmanın icrasının son dərəcə mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edək ki, saziş layihəsində Hörmüz boğazının yenidən fəaliyyətə başlaması, ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın qaldırılması və atəşkəs rejiminin uzadılması nəzərdə tutulur. İranın nüvə proqramı isə növbəti 60 günlük danışıqlar çərçivəsində müzakirə ediləcək. İran mediasının məlumatına görə isə 14 maddəlik anlaşma memorandumunun layihəsində ABŞ və müttəfiqləri tərəfindən təqdim ediləcək 300 milyard dollarlıq yenidənqurma planına dair müddəa yer alıb. Bundan başqa dəniz blokadasının 30 gün ərzində tam ləğv edilməsi nəzərdə tutulub. Bu arada, Azərbaycan XİN Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunan razılaşmanı alqışlayıb.




