40 YAŞLI SAHİBKARIN MEYİTİ TAPILDI
ŞAMİL QƏDİROVUN NƏDƏN ÖLDÜYÜ NAMƏLUMDUR
Salyan və Bakıda fəaliyyət göstərən “Öz geyim” mağazalar şəbəkəsinin 40 yaşlı sahibi Şamil Qədirov vəfat edib. “Qafqazinfo” xəbər verir ki, onun meyitini yaxınları Salyanda yaşadığı evdə aşkar ediblər. Mərhumun 4 övladı qalıb. Sahibkarın ölümü ilə bağlı araşdırma aparılır.




