BURAXILIŞA BİR SAAT QALMIŞ NASAZLIQ AŞKARLANDI
54 İLDƏN SONRA İLK DƏFƏ
İNSANLI KOSMİK GƏMİ AYA GÖNDƏRİLDİ
54 ildən sonra ilk dəfə insanlı kosmik gəmi Aya göndərilib. Amerika Birləşmiş Ştatları Aya pilotlu missiyaya start verdi.
Üç amerikalı və bir kanadalı astronavt on günlük sınaq missiyasında iştirak edir və bu missiya zamanı onlar Ayın ətrafında fırlanacaq və Yerə qayıdacaqlar. Buraxılışa bir saat yarım qalmış mühəndislər uçuşun məsafədən dayandırılması sistemində nasazlıq aşkar ediblər, lakin problem operativ şəkildə aradan qaldırılıb.Aya sonuncu pilotlu missiya 1972-ci ilin dekabrında Amerikanın “Apollon-17” ekspedisiyası çərçivəsində baş tutub.




