Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
AZƏRBAYCAN NEFTİ KƏSKİN BAHALAŞDI
March 27, 2026
ƏFLATUN AMAŞOV QƏZAYA DÜŞÜB
March 25, 2026
BU MAŞINLAR SÜRÜCÜLƏRİN ÜMİDLƏRİNİ DOĞRULTMADI
March 25, 2026
Bizi izlə
Canlı yayım
Canli
Ana səhifə/İqtisadiyyat/COP29 – İki həftəlik gündəlik və tematik günlər
İqtisadiyyatQlobalXəbərlər

COP29 – İki həftəlik gündəlik və tematik günlər

November 11, 2024

Aşağıda iki həftəlik gündəlik çərçivəsində COP29 Sədrliyi tərəfindən təşkil olunan nazirlər səviyyəsində olan yüksək səviyyəli tədbirlərin ilkin siyahısı təqdim olunur, çünki bu, tematik günlər və Fəaliyyət Gündəliyi təşəbbüsləri ilə bağlıdır. COP29 Sədrliyi gələcək tədbirlərə ev sahibliyi edəcək və təfərrüatları vaxtında elan edəcəkdir.

11 noyabr – COP29-un açılışı

Azərbaycan rəsmi olaraq COP-a sədrliyə başlayır. SBI və SBSTA rəhbərlərinin sədrliyi ilə Yardımçı Qurumların 61-ci iclası başlayır.

12-13 noyabr – İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Zirvə Toplantısı

Diqqət: Dünya liderləri Paris Sazişini necə irəli apardıqlarını nümayiş etdirmək üçün toplaşacaq və milli bəyanatlar verəcəklər. Bu Zirvə Toplantısı zamanı biz ambisiyaları artırmaq, fəaliyyətə təkan vermək və bütün maraqlı tərəflərə çatdırmaq üçün aydın siyasi iradənin olduğunu nümayiş etdirmək məqsədilə COP29 Planının iki sütunu ətrafında konsensus yaratmağa çalışacağıq.

Əsas məqamlar: Biz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC), Milli Adaptasiya Planları (NAP) və uzunmüddətli istixana qazı emissiyalarının inkişaf strategiyaları vasitəsilə təsirlərin yumşaldılması və uyğunlaşması üçün ambisiyaların artırılması da daxil olmaqla, əsas mövzulara toxunacaq liderlər səviyyəsindəki dialoqlara ev sahibliyi edəcəyik. Biz həmçinin, ABŞ və Çinlə birlikdə metan və CO 2 olmayan İstixana Qazı (İXQ) Zirvə Toplantısına ev sahibliyi edəcəyik.

14 noyabr – Maliyyə, İnvestisiya və Ticarət

Diqqət: İqlim məqsədlərimizə çatmaq üçün biz “ticarətin yaşıllaşdırılması” ilə yanaşı, ekoloji malların və aşağı karbonlu texnologiyaların təşviqi ilə birlikdə iqlim maliyyəsini kollektiv şəkildə genişləndirməliyik. Bu, dayanıqlı iş yerləri yarada və Qlobal Cənub ölkələrinin uzunmüddətli iqlim məqsədlərinin həyata keçirilməsi üçün lazım olan investisiya və texnologiyalara çıxışını təmin edə bilər.

Əsas məqamlar: Biz İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) üzrə yüksək səviyyəli görüşə, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun başlanılması üzrə yüksək səviyyəli tədbirə, ikinci Biznes, İnvestisiya və Xeyriyyə Platformasına start verilməsi üzrə yüksək səviyyəli tədbirə, eləcə də iş yerləri və bacarıqlar daxil olmaqla, ədalətli keçidə sərmayələrə təkan verilməsi üzrə yüksək səviyyəli dialoqa ev sahibliyi edəcəyik.

15 noyabr – Enerji / Sülh, Yardım və Bərpa

Diqqət: Enerji istixana qazları emissiyalarına böyük töhfə verir və qlobal iqlim fəaliyyəti üçün əsas prioritet hesab olunur. İlk Qlobal Baxışın nəticələrinə əsaslanaraq və icraya doğru irəliləyərək, COP29 maraqlı tərəflərin toplanması və kollektiv irəliləyiş əldə etmələri üçün yer təmin edəcək. İqlim və sülh bir-biri ilə dərindən əlaqəlidir, çünki iqlim hadisələri və münaqişələr insanların etibarsızlığına və məcburi miqrasiyaya səbəb ola bilər ki, bu da əsasən inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrdə həssas qruplara təsir göstərir.

Əsas məqamlar: Biz Yaşıl Enerji üzrə zona və dəhlizlər, Enerji saxlanması və şəbəkələri və Hidrogen üzrə yüksək səviyyəli görüş keçirəcəyik və müvafiq COP29 Bəyannamələrinə start verəcəyik. Biz digərləri ilə birlikdə “COP29 – İqlim və Sülh” Müştərək Təşəbbüsü üçün yüksək səviyyəli tədbirə ev sahibliyi edəcəyik, həmsədrlər qrupu ilə birlikdə sülh üçün iqlim fəaliyyətinin aktuallığına dair birgə çağırış təqdim edəcəyik.

16 noyabr – Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma

Diqqət: Rəqəmsal texnologiyalar iqlim fəaliyyətinə dəstək vermək üçün əsas rola malikdir, lakin enerji istehlakına və elektron tullantılara da töhfə verə bilər. İlk Rəqəmsallaşma Günü texnologiyaların ətraf mühitə təsirlərini yumşaldaraq, onların faydalarını əldə edən davamlı rəqəmsal transformasiya üçün birgə fəaliyyəti təşviq edəcək.

Əsas məqamlar: Biz iqlimlə bağlı fəaliyyət üçün rəqəmsallaşmanın roluna dair yüksək səviyyəli dəyirmi masa keçirəcəyik və əlaqəli Bəyannaməni təqdim edəcəyik.

17 noyabr – İstirahət günü; Tematik Proqram yoxdur

Yardımçı Qurumların 61-ci iclası başa çatacaq və Azərbaycan COP29 Sədrliyi Paris Sazişinin Tərəflərinin görüşü kimi fəaliyyət göstərən Tərəflərin 6-cı Konfransına (CMA 6) sədrlik etməyə hazırlaşacaq.

18 noyabr – İnsan inkişafı / Uşaqlar və Gənclər / Sağlamlıq / Təhsil

Diqqət: İqlim dəyişməsi daha sağlam, daha yaxşı təhsil almış və adekvat bacarıqlı şəxslər, xüsusən də gənclər tərəfindən dəstəklənən bütün cəmiyyət yanaşmasını tələb edəcək. İlk dəfə keçiriləcək İnsan İnkişafı Günündə insan inkişafı, gənclər, səhiyyə və təhsil məsələlərinə bir-biri ilə əlaqəli məsələlər kimi yanaşılacaq, eyni zamanda hər bir tematik problemə, o cümlədən iqlim dəyişməsinə ayrıca bir prioritet kimi hərtərəfli baxılacaqdır.

Əsas məqamlar: İnsan inkişafı, sağlamlıq və iş yerlərinə sərmayə yatırılması ilə bağlı bir sıra yüksək səviyyəli görüşlər və tədbirlərə ev sahibliyi edəcəyik və burada İqlim dəyişməsinə qarşı davamlılıq üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsünü işə salacağıq.

19 noyabr – Qida, Su və Kənd Təsərrüfatı

Diqqət: Qlobal istiləşmə su dövranını pozur və bütün dünyada insanlar üçün ərzaq təhlükəsizliyini təhdid altında saxlayır. COP29-da bütün maraqlı tərəflər iqlim və kənd təsərrüfatı məsələlərində ardıcıl və kollektiv fəaliyyət öhdəliyi götürmək üçün bir araya gələ bilərlər.

Əsas məqamlar: Fermerlərin Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması üçün üzvi tullantılarda metanın azaldılmasına dair görüş də daxil olmaqla bir sıra yüksək səviyyəli tədbirlərə, ev sahibliyi ilə bərabər bu görüşdə əlaqədar Bəyannaməni də təqdim edəcəyik.

20 noyabr – Urbanizasiya / Nəqliyyat / Turizm

Diqqət: Şəhər mühitində iqlim dəyişməsi ilə bağlı problemlərin həlli yerli səviyyədən regional və qlobal səviyyəyə qədər bütün sektorlar və səviyyələr arasında daha çox fəaliyyət tələb edir. Bundan əlavə, iqlim gündəmində nəqliyyatın rolu əlaqəli prioritet kimi nəzərdən keçiriləcək. Sektorun necə təsirləndiyinə və töhfə verə biləcəyinə diqqəti artırmaq üçün COP-da həmçinin, ilk Turizm Gününü də keçirəcəyik.

Əsas məqamlar: Yaşıl tikinti, nəqliyyat və infrastruktur, təbiət, şəhərlərdə sağlamlıq və davamlılıq, iqlim fəaliyyətinin maliyyələşdirilməsi üzrə urbanizasiyaya aid yüksək səviyyəli görüş və dəyirmi masalar keçirəcəyik və Davamlı və Sağlam şəhərlər üçün COP29 MAP Bəyannaməsini təqdim edəcəyik. Biz, həmçinin turizm üzrə yüksək səviyyəli görüş təşkil edəcək və Turizmdə Təkmilləşdirilmiş Fəaliyyət üzrə COP29 Bəyannaməsini təqdim edəcəyik.

21 noyabr – Köklü xalqlar/ Gender bərabərliyi / Təbiət və biomüxtəliflik / Okeanlar və sahilyanı bölgələr

Diqqət: Köklü xalqlar dünyanın biomüxtəlifliyinin 80%-ni və bütöv meşə landşaftlarının 36%-ni qoruyur, qadınların rəhbərlik etdiyi iqlim fəaliyyəti və təbiətə əsaslanan həllər iqlimin yumşaldılması və adaptasiyası üçün transformativ yolları təmsil edir. Həm insan cəmiyyətlərinin, həm də təbiətin və biomüxtəlifliyin rifahı üçün su vacibdir.

Əsas məqamlar: İqlim Fəaliyyəti ilə əlaqədar Su haqqında COP29 Bəyannaməsini təqdim etmək üçün gender mövzusunda yüksək səviyyəli tədbir, su üzrə yüksək səviyyəli görüş keçirəcəyik.

22 noyabr – Yekun Müzakirələr

Tərəflərin danışıqların son mərhələlərinə diqqətini cəmləməsinə şəraitin yaradılmasını təmin etmək məqsədilə son gündə tematik proqram nəzərdə tutulmayıb.

Əvvəlki yazı

COP29 İqlim Konfransı Start Götürdü

Növbəti yazı

COP29-un Liderləri Sammitində ailə fotosu çəkilib — FOTOLAR

Related Posts

İqtisadiyyat
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
Biznes TV
By Biznes TV
Digər
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
Biznes TV
By Biznes TV
Digər
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
Biznes TV
By Biznes TV
İqtisadiyyat
DOLLARIN ÜZƏRİNDƏ TRAMPIN İMZASI OLACAQ
Biznes TV
By Biznes TV
instagram image
instagram image
instagram image
instagram image
instagram image
instagram image
Instagram
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV