COP29: Parlament Görüşünün yekun sənədi qəbul edilib
Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşündə yekun sənəd təsdiqlənib. Milli Məclisin deputatı Soltan Məmmədov bildirib ki, sənəd COP27 və COP28-in parlament sessiyaları, eləcə də Parlamentlərarası İttifaqın 148-ci və 149-cu assambleyalarında müzakirə edilən materiallar əsasında hazırlanıb.
Məmmədov qeyd edib ki, sənədin ilkin versiyası müxtəlif ölkələrdən alınan təklif və rəylər nəzərə alınaraq təkmilləşdirilib. Yekun sənəddə parlamentarilərin mövqelərini əks etdirən tövsiyələr yer alır və COP29-un ümumi məqsədlərinə uyğun işlənib.
Mənbə: Demokrat.az




