COP29-un Yaşıl Zonasında dayanıqlı turizm mövzusunda sessiya keçirilib
COP29 çərçivəsində Yaşıl Zonada Azərbaycan Əməliyyat Şirkəti və “Azersun Holding” tərəfindən “Slow Food” hərəkatı və dayanıqlı kənd təsərrüfatı ilə aşağıtəsirli turizmin inkişafı övzusunda panel müzakirəsi təşkil edilib.
Tədbirdə yerli məhsulların istifadəsi ilə karbon emissiyalarının azaldılması və ekoloji turizmin təşviqi məsələləri müzakirə edilib. İştirakçılar turizmin dayanıqlı inkişaf və daha yaşıl gələcək üçün oynadığı əhəmiyyətli rolu vurğulayıblar.
Mənbə: AZƏRTAC\







