Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
June 18, 2026
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
June 18, 2026
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
June 15, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
DOLLAR UCUZLAŞIR
June 15, 2026
DÜNYA DİPLOMATİYASINDA TARİXİ GÜN
June 15, 2026
PREZİDENT İLHAM ƏLİYEV DONALD TRAMPI YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB
June 15, 2026
Bizi izlə
Canlı yayım
Canlı İzlə
Ana səhifə/İqtisadiyyat/Biz mənzil, maşın axtaranda o pul qazanır: Turbo.az, Bina.az və Tap.az-ın sahibi – Türk şirkətini $1,1 milyarda aldı
İqtisadiyyatXəbərlər

Biz mənzil, maşın axtaranda o pul qazanır: Turbo.az, Bina.az və Tap.az-ın sahibi – Türk şirkətini $1,1 milyarda aldı

November 25, 2024

Türk dünyasında böyük alqı-satqı baş tutub.

Türkiyənin Rəqabət, yəni antiinhisar qurumu Türkiyənin məşhur «Həpsiburada» alış-satış platformasının Qazaxıstanın elektron ticarət nəhəngi olan Kaspi.kz şirkətinə satışına icazə verib.

 Qazaxıstan şirkəti «Həpsiburada»nın sahibi olan «D-Market Elektronik Hizmetleri ve Ticaret» şirkətinin nəzarət zərfini əldə edib.

Açıqlamaya görə, Qazaxıstan şirkəti «Hepsiburada»nın sahibi olan «D-Market»in səhmlərinin 65%-lik əsas hissəsini 1,13 milyard dollara alacaq.

Müqavilə şərtlərinə görə, 1,13 milyard dolların 600 milyon dolları dərhal, 526,9 milyon dollar isə müqavilədən 6 ay sonra ödəniləcək.

«Hepsiburada» kimin şirkəti idi?

Qeyd edək ki, indiyədək «D-Market»in nəzarət səhm zərfi  Hanzade Vasfiye Doğan Boynerə məxsus idi.

«Hepsiburada»nın səhmlərinin 20 faizi açıq şəkildə «Nasdaq»da satılır. İlin əvvəlindən bəri şirkətin səhmləri 72 faiz bahalaşıb.

«Kaspi.kz» şirkəti nə ilə məşğuldur?

Xatırladaq ki, rəsmi məlumata görə, 2008-ci ildə təsis edilən və baş ofisi Qazaxıstanın Almatı şəhərində yerləşən «Kaspi.kz» şirkəti onlayn ticarətlə yanaşı, pərakəndə maliyyə və investisiya xidmətləri göstərir. Buraya onlayn kreditlər, depozitlər və pul köçürmələri aiddir.

Şirkət təkcə 2023-cü ildə 4,5 milyard dollar gəlir əldə edib, bunun 1,9 milyard dolları xalis mənfəət olub.

Kaspi.kz CEO-sundan açıqlama

«Kaspi.kz» şirkətinin CEO-su Mixail Lomtadze, bildirib ki, bundan sonra şirkət Türkiyənin 85 milyon nəfərlik bazarında çalışaaq: « Türkiyə bazarı; 85 milyondan artıq strukturu, iqtisadiyyatı və əhalisi ilə böyük potensiala malikdir».

«Kaspi.kz» şirkəti Azərbaycanda da işləyir

Xatırladaq ki, «Kaspi.kz» şirkəti Azərbaycanda da fəaliyyət göstərir Bu şirkət Azərbaycanın üç populyar elan saytının Turbo.az (avtomobil elanları), Tap.az (yeni və işlənmiş əşyalar elanları) və Bina.az (daşınmaz əmlak elanları) sahibidir.

Şirkət bu 3 saytı əvvəlki sahiblərindən 2019-cu ildə alıb. Həmin vaxt «Kaspi.kz»ın İdarə Heyətinin sədri Mixail Lomtadze bildirmişdi ki, «Biz artıq Azərbaycan bazarına çıxmışıq. Orada avtomobil, daşınmaz əmlak və ümumi yeni və işlənmiş malların satışı üçün ən böyük platformaya sahibik: Turbo.az (avtomobil bazarı), Tap.az (yeni və işlənmiş əşyalar bazarı) və Bina.az (daşınmaz əmlak bazarı).

Mənbə: FED.AZ

Əvvəlki yazı

Azərbaycanda 106 minlik şirkət – LƏĞV OLUNUR

Növbəti yazı

“Yaşıl büdcə”nin xərcləri açıqlandı – İlk dəfə

Related Posts

Press-reliz
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
Biznes TV
By Biznes TV
Press-reliz
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
Biznes TV
By Biznes TV
Press-reliz
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
Biznes TV
By Biznes TV
Qlobal
2026 FIFA DÜNYA KUBOKU
Biznes TV
By Biznes TV
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
June 18, 2026
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
June 18, 2026
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
June 15, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV