Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir – FOTO
“Veysəloğlu Şirkətlər Qrupu” (VŞQ) Naxçıvan Muxtar Respublikasında fəaliyyətini genişləndirərək “Araz” və “OBA” market şəbəkələrinin filiallarını istifadəyə verməyə davam edir. Hazırda Naxçıvanda “Araz”ın 3, “OBA”nın isə 8 mağazası fəaliyyət göstərir.
VŞQ-nin fəaliyyəti nəticəsində Naxçıvanda 150 nəfər işlə təmin olunub. Şirkət yerli istehsalı stimullaşdırmaq, yeni iş yerləri yaratmaq və yerli fermer məhsullarını geniş satışa çıxarmağı hədəfləyir.
Son olaraq, “Araz” supermarketlər şəbəkəsinin yeni filialı Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsində istifadəyə verilib. Açılışda Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və “Veysəloğlu Şirkətlər Qrupu”nun təsisçisi Aydın Talıbov iştirak edib.
Eyni zamanda, “OBA” marketlər şəbəkəsi Kəngərli rayonunda 1500-cü mağazasını açıb. “OBA” artıq Naxçıvanın Kəngərli, Babək, Ordubad, Sədərək və Şərur bölgələrində sərfəli qiymətləri ilə müştərilərə xidmət göstərir.










