İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu il 5 akselerasiya proqramı reallaşdırıb
Bu il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən 5 akselerasiya proqramı həyata keçirilib.
Bu barədə Agentliyin İnvestisiyalar və Ekosistemə Dəstək Şöbəsinin müdiri Ağahüseyn Əhmədov qurumun cari il üzrə fəaliyyətinə həsr olunmuş hesabat tədbirində məlumat verib.
“Bu proqramlar çərçivəsində 1 milyon avro investisiya cəlb edilib və 10 roadshow səfəri təşkil olunub. Həmin səfərlər zamanı ümumilikdə 500 min ABŞ dolları həcmində investisiya və əməkdaşlıq müqavilələri imzalanıb”, – deyə o vurğulayıb.




