Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
AZƏRBAYCAN NEFTİ KƏSKİN BAHALAŞDI
March 27, 2026
“APPLE MAC PRO” İSTEHSALI DAYANDI
March 27, 2026
“İKİNCİ ƏL” AVTOMOBİLLƏR QİYMƏTİ KƏSKİN ARTIB
March 27, 2026
Bizi izlə
Canlı yayım
Canli
Ana səhifə/İqtisadiyyat/“Biletin aktivolma müddəti qaldırılmalıdır” – Ekspert
İqtisadiyyatXəbərlər

“Biletin aktivolma müddəti qaldırılmalıdır” – Ekspert

December 19, 2024

“İctimai nəqliyyatda biletin aktivolma müddətinin 5 dəqiqəyə qaldırılması təklifini dəstəkləyirəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov iqtisadçı ekspert Samir Əliyevin ictimai nəqliyyatdan istifadə zamanı M10 tətbiqi üzərindən QR kod vasitəsilə gediş haqlarının ödənişin aktivolma müddətinin 5 dəqiqəyə qaldırılması təklifini şərh edərkən deyib. 

Ekspert bunun təqdirəlayiq bir hal olduğunu vurğulayıb: 

“Vaxtın az olması ictimai nəqliyyatda sıxlıq yaradır. Bu müddət nəzərə alınmalıdır. Vaxtın uzadılması və keyfiyyətin yüksəlməsi məqsədi ilə müəyyən qərarlar qəbul edəcəklər. M10 tətbiqi üzərində QR kodun əvəz edilməsi, yəni QR kodla ödənişin daha çevik əldə edilməsi sevindirici hallardan biridir. Bu qaydalardan dünyada geniş istifadə edilir”.

Qeyd edək ki, iqtisadçı ekspert Samir Əliyev ictimai nəqliyyatda biletin aktivolma müddətinin 5 dəqiqəyə qaldırılmasını təklif edib:

“M10 tətbiqi üzərindən QR kod vasitəsilə şəhərdaxili nəqliyyatda gediş haqlarının ödənişi funksiyası çox faydalıdır. Bu funksiya Bakı kartı rahatlıqla əvəz edə bilir və balansın bitməsi kimi arzuolunmaz vəziyyətlərdən sərnişinləri qoruyur. Xüsusilə gənclər bu funksiyadan yararlanır. Ancaq bu funksiyada bir çatışmazlıq var. Tətbiqdə yaradılmış biletin aktiv olma müddəti 1 dəqiqədir. Bu müddət 2 səbəbə görə artırılmalıdır: 

1. Avtobusa minmə müddəti bir sıra hallarda 1 dəqiqədən çox çəkir. Özüm bu halla üzləşmişəm. Bir dəfə avtobusa minəndə məlum oldu ki, biletin müddəti bitib və 50 qəpik sərf olunub, məcbur olub ikinci dəfə bilet yaratdım. 

2. Müddət az olduğu üçün sərnişinlər bilet yaratma funksiyasını yalnız avtobusa minəndə işə salır və bu əlavə olaraq həmin sərnişinlərin hər birinin 3-4 saniyə hərəkəti saxlaması ilə nəticələnir. Və ya bileti əvvəlcə aktiv etmiş sərnişinin bileti itirməmək üçün basabas yaratmaq cəhdləri baş verir. 

Səhv etmirəmsə aylar öncə bietin aktivolma müddəti 5 dəqiqə idi. Fikrimcə, bu müddəti yenidən 5 dəqiqəyədək artırmaq faydalı olardı”.

Əvvəlki yazı

Bakının məşhur bazarı sökülür – İki həftə vaxt verildi

Növbəti yazı

Türkiyə şirkəti Sumqayıt Kimya Sənaye Parkına 9 milyon manat pul yatıracaq

Related Posts

İqtisadiyyat
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
Biznes TV
By Biznes TV
Digər
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
Biznes TV
By Biznes TV
Digər
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
Biznes TV
By Biznes TV
İqtisadiyyat
DOLLARIN ÜZƏRİNDƏ TRAMPIN İMZASI OLACAQ
Biznes TV
By Biznes TV
instagram image
instagram image
instagram image
instagram image
instagram image
instagram image
Instagram
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV