Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
AZƏRBAYCAN NEFTİ KƏSKİN BAHALAŞDI
March 27, 2026
“APPLE MAC PRO” İSTEHSALI DAYANDI
March 27, 2026
“İKİNCİ ƏL” AVTOMOBİLLƏR QİYMƏTİ KƏSKİN ARTIB
March 27, 2026
Bizi izlə
Canlı yayım
Canli
Ana səhifə/İqtisadiyyat/Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlığı: İşgüzar Səfər və Yeni İmkanlar -FOTO
İqtisadiyyatXəbərlər

Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlığı: İşgüzar Səfər və Yeni İmkanlar -FOTO

December 23, 2024

Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlığı

16-20 dekabr 2024-cü il tarixlərində Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin təşkilatçılığı tlə Türkiyədən olan müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlar Azərbaycana işgüzar səfər edib.

Görüşlərin əsas məqsədi Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək və hər iki ölkənin sahibkarları üçün yeni imkanlar yaratmaqdır.

Səfər çərçivəsində 17 dekabrda OSTİM Ticarət Koordinatoru Esma Akyüz və OSTİM Tibb Klasterinin rəhbəri Fatih Dağçınarın rəhbərlik etdiyi nümayəndə heyəti ATİB ofisini ziyarət edib. Görüşdə “Turan Legal and Tax Services” MMC-nin hüquq meneceri Araz İsmayılov “Azərbaycanda iş mühiti” mövzusunda təqdimat edib, “Bayramlı Group” şirkətinin əməkdaşı Çinarə Əliyeva isə şirkət barədə məlumat verib.

Daha sonra Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Ticarət Müşavirliyi, Sahibkarlığın İnkişafı Fondu, Türk Ticarət Mərkəzinin nümayəndə heyəti ilə görüşlər keçirilib.

Görüşdən sonra nümayəndə heyəti Mərkəzdəki Təmsilçilik Ofisləri ilə tanış olub və OSTİM Təmsilçilik Ofisinin açılışı həyata keçirilib.

Səfərin növbəti günündə Baku Marriott Hotel Boulevard-da B2B formatında işgüzar görüş keçirilib.

Tədbirdə Milli Məclisin üzvü Anatoliy Rafailov, ATİB sədri Mürsəl Rüstəmov və OSTİM rəsmiləri çıxış ediblər.

Görüşdə səhiyyə, mədən, inşaat və tikinti avadanlığı, müdafiə və aviasiya, dəmir yolu nəqliyyat sistemləri, elektrik sektorlarının nümayəndələri iştirak edib.

Səfərin son günündə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Yeni Klinika, “AzerGold” QSC, “Azərbaycan Dəmir Yolları” QSC-də görüşlər keçirilib. Görüşlərdə şirkətlərin fəaliyyəti haqqında məlumat verilib və qonaqları maraqlandıran məsələlər müzakirə edilib.

Keçirilən tədbirlər və görüşlər iki qardaş ölkə arasında çoxşaxəli iqtisadi məqsədlərin reallaşmasına daha geniş zəmin yaratmışdır. Bu cür təşəbbüslərin davamlılığı hər iki ölkənin biznes mühitinə müsbət təsir göstərəcəkdir.

Əvvəlki yazı

Türkiyə şirkəti Sumqayıt Kimya Sənaye Parkına 9 milyon manat pul yatıracaq

Növbəti yazı

Insun Yaşam Mərkəzində Su Polosu Milli Yığmasına Seminar Keçirildi

Related Posts

İqtisadiyyat
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
Biznes TV
By Biznes TV
Digər
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
Biznes TV
By Biznes TV
Digər
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
Biznes TV
By Biznes TV
İqtisadiyyat
DOLLARIN ÜZƏRİNDƏ TRAMPIN İMZASI OLACAQ
Biznes TV
By Biznes TV
instagram image
instagram image
instagram image
instagram image
instagram image
instagram image
Instagram
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV