BORC YARIM MİLYONA ÇATIB “AZNAR” MÜFLİS OLMAQ ƏRƏFƏSİNDƏ
İş adamı Fərhad Əhmədova məxsus “AzNar” Qapalı Səhmdar Cəmiyyəti ciddi maliyyə böhranı ilə üzləşib. Zavodun tam olaraq müflis ola biləcəyi də istisna edilmir.Teleqraf xəbər verir ki, müəssisənin əsas problemlərindən biri vergi borcudur. Zavodun vergiyə yaranmış borcu 463 min manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi borcun ödənilməsi üçün müəssisəyə vaxt versə də, ödəniş baş tutmadığından qurum məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsi zavod direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulması haqqında qərar qəbul edib.Bildirilib ki, zavodda istehsalat tənəzzülü mərhələsində olmasının başlıca səbəblərindən biri Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar əsas səhmdar Fərhad Əhmədova qarşı tətbiq edilən sanksiyalardır. Həmin sanksiyalardan sonra Fərhad Əhmədov zavoda maliyyə dəstəyini dayandırıb.




