İNVESTORLAR ÜÇÜN STABİL QAZANC 2026-CI İLİN GƏLİRLİ SAHƏLƏRİ AÇIQLANDI
2026-cı ildə investorlar üçün iki əsas stabil və gəlirli yatırım istiqamətləri açıqlanıb. Qızıl və daşınmaz əmlak. Ekspertlər bildirilib ki, qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik fonunda qızıl yenidən “təhlükəsiz liman”a çevrilir. ABŞ-də faizlərin düşməsi və dolların zəifləməsi fonunda analitiklər qızılın ununsiyasının 2 600–2 800 dollar aralığına yüksələcəyini proqnozlaşdırır. Azərbaycanda isə külçə və sikkələrə tələbin artması gözlənilir.Daşınmaz əmlakda da 2026-cı ildə ciddi canlanma proqnozlaşdırılır. Bakı ətrafı yeni massivlər, Yasamal və Xətai rayonlarında tikililər və regionlarda turizm zonalarına yaxın villalar 8–12% qiymət artımı ilə önə çıxacaq.Ekspertlər bildirir ki, həm qızıl, həm əmlak riskin minimum olduğu, eyni zamanda orta və uzunmüddətli gəlir gətirən əsas aktivlərdir. Mütəxəssislər 2026-cı il üçün portfelin ən azı 60%-nin bu iki sahə üzrə bölüşdürülməsini tövsiyə edirlər.




