MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ YOXLAMALAR BAŞLADI HESABLAMA PALATASI AÇIQLAMA YAYDI
Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirir. Qurumdan bildirilib ki, auditin nəticələrinin açıqlanması “Hesablama Palatası haqqında” qanunun 37-ci maddəsinə əsasən tənzimlənəcək. Hesablama Palatası Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Şahdağ Turizm Mərkəzində də nəzarət tədbiri həyata keçirib.




