KREDİT GÖTÜRƏNLƏR İŞSİZLİKDƏN SIĞORTALANACAQ MƏRKƏZİ BANK YENİ QAYDALAR HAZIRLAYIR
Azərbaycanda kredit götürən şəxslərin işini itirməsi halından sığortalanması üzərində iş aparılır. Bunu Mərkəzi Bankın əməkdaşı Rüstəm Tahirov bildirib. Qeyd edib ki, bu məhsulun parametrləri müəyyən edilir, qaydalar hazırlanır. Yəqin ki, yaxın aylarda bununla bağlı yenilikləri görə biləcəyik. Proses biznes kreditlərinin əhatə olunması üzrə davam edəcək”, – deyə Rüstəm Tahirov qeyd edib.




