MƏRKƏZİ BANK MALİYYƏÇİLƏRİ CƏZALANDIRDI BANK OLMAYAN KREDİT TƏŞKİLATLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİ CƏRİMƏ OLUNDU
Azərbaycan Mərkəzi Bankı “Nova Credit BOKT” və “BOKT İDK” MMC-lər, eləcə də “Azərbaycan Mikro-Kredit” bank olmayan kredit təşkilatlarının vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib. Belə ki, aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri müvafiq olaraq 4, 2 və 10 min manat məbləğində cərimələniblər.




