“AZƏRBAYCAN İQTİSADİYYATI 2.4 % ARTACAQ” “FITCH SOLUTIONS” ÖLKƏMİZLƏ BAĞLI PROQNOZUNU AÇIQLADI
“Fitch Solutions” beynəlxalq analitik şirkəti 2025-ci ildə Azərbaycanda iqtisadi artımın 2,6, 2026-cı ildə 2,4, 2027-ci ildə isə 2,3 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bildirilir ki, Azərbaycanda iqtisadi fəaliyyətin əhəmiyyətli hissəsi neft-qaz sektoru ilə bağlı olduğuna görə, proqnozlaşdırılan yavaşlama dünyada neftin ucuzlaşması fonunda sahənin gəlirlərinin azalmasına görədir. Lakin, ölkədə iqtisadi artım 2028-ci ildə 2.9, 2029-cu ildə 3.6, 2030-cu ildə 2.8, 2031-ci ildə 2.5, 2032-ci ildə 2.4, 2033-2034-cü illərdə isə hər il 3 faiz təşkil edəcək.
“Fitch Solutions” beynəlxalq analitik şirkətinin proqnozuna görə 2025-2027-ci illərdə Azərbaycanda Ümum Daxili Məhsulun orta illik artımı 2.43 faiz olacaq. 2025-ci ilin sonuna nominal ÜDM 102.4 milyard ABŞ dollarına, 2026-cı ildə 110.5, 2027-ci ildə 115.6, 2028-ci ildə 121, 2029-cu ildə 130.8, 2030-cu ildə 141.5, 2031-ci ildə 152.1, 2032-ci ildə 163.3, 2033-cü ildə 175.1, 2034-cü ildə isə 187.5 milyard dollara çatacaq.
Onu da deyək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci ildə ölkədə ÜDM-in 3, 2026-cı ildə 2,9, 2027-ci ildə 3,3 faiz artacağı gözlənilir.




