İRAN ABŞ-I 22 MİLYARD DOLLAR CƏRİMƏLƏDİ 307 NƏFƏRİN İDDİASI MƏHKƏMƏ TƏRƏFİNDƏN ƏSASLI SAYILIB
İran məhkəməsi ABŞ-ı 2022-ci ildə ölkədə baş verən etirazlardakı rolu səbəbindən 22 milyard dollar məbləğində cərimələyib. Ölkənin Ədliyyə Nazirliyindən verilən məlumata görə etiraz aksiyalarında həlak olan və yaralananların ailələrindən 307 nəfər ABŞ hökumətinə, həmin ölkənin dövlət və hərbi rəsmilərinə qarşı hüquqi iddia qaldırıb. Məhkəmənin hökmünə əsasən ABŞ İrana 22 milyard dollar məbləğində təzminat ödəməlidir. Qeyd edək ki, 2022-ci ildə Məhsa Əmininin polis bölməsində həyatını itirməsindən sonra İranda “qadın, həyat, azadlıq” şüarı altında etiraz aksiyaları keçirilib.




