MAAŞDAN TUTULACAQ VERGİ İLƏ BAĞLI AÇIQLAMA
MAAŞDAN TUTULACAQ GƏLİR VERGİSİ İLƏ BAĞLI AÇIQLAMA
MALİYYƏ NAZİRİ DEPUTATLARA ÇAĞIRIŞ ETDİ
Azərbaycanda əməkhaqqından tutulacaq gəlir vergisi qaydaları dəyişir. Müddətli vergi güzəştlərinin bitməsi gözlənilsə də, hökumət özəl sektorun – xüsusilə qeyri-neft sahəsinin inkişafını dəstəkləmək üçün güzəşt rejimi daimi modellə əvəzləyir. Bunu Milli Məclisdə çıxışı zamanı Maliyyə naziri Sahil Babayev deyib. Nazir bildirib ki, 14%-lik rejimini 7%-ə salırıq. Yəni 2500 manata qədər aylıq gəliri olan şəxslər 14% yox, 7% vergi ödəyəcək. Bundan əlavə, bu keçid mərhələli şəkildə həyata keçiriləcək. 2026-cı ildə əhalinin böyük əksəriyyətini əhatə edən aylıq gəliri 2500 manata qədər olan işçilərin ödəyəcəyi vergi isə 3% olacaq. Mən deputatlar, ekspertlərə çağırış edirəm ki, istənilən ölkələrin rejimini araşdırsınlar və neçə gəlir vergisi 3% olan ölkə tapırlarsa, qeyd etsinlər. Bunun özü də çox böyük güzəştdir”, – deyə nazir qeyd edib.Bundan başqa dövlət tərəfindən sığortalananların sayı 9 dəfə artırılır. Yeni mexanizmə əsasən icbari tibbi sığorta haqqı dövlət tərəfindən ödəniləcək.QRAFİKA:
-Uşaqlar,
-Pensiyaçılar,
-Əlilliyi olan şəxslər,
-İşsizlər və digər sosial həssas qruplar üçün
Nəticədə, ölkə üzrə əhalinin 95%-dən çoxu tam icbari tibbi sığorta ilə əhatələnəcək. Yalnız qanunvericiliklə qadağan olunan formada – qeyri-rəsmi və ya şəffaf olmayan fəaliyyət göstərən şəxslər bu ödənişi öz üzərinə götürəcək. Bu kateqoriyanın müəyyənləşdirilməsi xüsusi elektron qaydalar əsasında aparılacaq.Xatırladaq ki, 2026-cı ilin yanvar ayının-1 dən 2500 manata qədər aylıq gəliri olan şəxslər 14%, 2500 manatdan yüksək gəliri olanlar isə 25% gəlir vergisi ilə vergiyə cəlb olunacaqdı.




