“KUKLA”LARDA TOKSİK MADDƏ TAPILDI
“KUKLA”LARDA TOKSİK MADDƏ TAPILDI
MƏŞHUR OYUNCAQ UŞAQLAR ÜÇÜN TƏHLÜKƏLİ ÇIXDI
Dünyada məşhur olan Labubu oyuncaqlarının uşaqlar üçün təhlükəli olduğu ortaya çıxıb.Rusiyanın “Roskaçestvo” əməkdaşları 13 kukla nümunəsini analiz edib. Nəticədə, oyuncaqlardan birində toksik maddə dioktilftalat aşkar olunub. Həmin maddə dərini və selikli qişaları qıcıqlandıran maddədir.Həmçinin bildirilir ki, bu maddə hormonal fonu təsirləndirə və piylənmə yarada bilər.




