39 İLLİK FƏALİYYƏTƏ SON QOYULDU
39 İLLİK FƏALİYYƏTƏ SON QOYULDU, İSTEHSAL DAYANDIRILDI
ÇAY SEKTORUNDA NÖVBƏTİ BÖYÜK SATIŞ
Böyük Britaniyanın məşhur çay markası Lipton Türkiyədə 39 il davam edən çay istehsalını dayandırıb. Şirkətin Rizenin Pazar və Fındıklı rayonlarındakı iki çay emalı zavodu rəsmi olaraq “Öz-Gür Çay” tərəfindən alınıb. Bununla da Liptonun Türkiyədə çay istehsalından çıxışı rəsmiləşib. Ancaq Lipton Türkiyəni tam tərk etmir. Şirkət 2025-ci ildə Sakaryada 30 milyon avro dəyərində yeni qarışdırma və qablaşdırma fabriki açıb və bu müəssisə fəaliyyətini davam etdirəcək. 1871-ci ildə Sir Thomas Lipton tərəfindən yaradılan marka uzun illər dünyanın ən böyük istehlak malları şirkətlərindən biri olan Unilever-ə məxsus olub. 2022-ci ildə isə şirkəti 4.5 milyard avroya “CVC Capital Partners” satın alıb.




