KƏRƏ YAĞI ADI ALTINDA BİTKİ YAĞI SATILIR
KƏRƏ YAĞI ADI ALTINDA BİTKİ YAĞI SATILIR
“İVANOVKA”DA YOXLAMA APARILDI, SATIŞ DAYANDIRILDI
Bakının Səbail rayonundakı “İvanovka” ticarət obyektində kərə yağının saxtalaşdırıldığı aşkar olunub. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.Bildirilib ki, satışa çıxarılan kərə yağlarından agentliyin əməkdaşları nümunələr götürərək laborator müayinələrə cəlb edib. Kərə yağlarının tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu müəyyən edilib.Yoxlama zamanı süd məhsullarının da müvafiq baytarlıq sənədlərinin və etiket məlumatlarının olmadığı aşkarlanıb. Sahibkar süd məhsullarını mütəmadi olaraq İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən müxtəlif fiziki şəxslərdən və İsmayıllı bazarından aldığını bildirib.Məhsullar satışdan kənarlaşdırılıb, toxunulmazlıq aktı tərtib edilib və möhürlənərək saxlanca qoyulub. Faktla bağlı ticarət obyektinin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, süd məhsullarının satışı qadağan olunub.




