BAYRAM TƏLƏBİ HOTELLƏRİ CANLANDIRDI
BAYRAM TƏLƏBİ HOTELLƏRİ CANLANDIRDI
QİYMƏTLƏR 350 AZN-DƏN 5 000 AZN-Ə QƏDƏRDİR
Yeni ilin yaxınlaşması ilə Azərbaycanın hotellərində tələbat artıb. Həm yerli, həm də xarici turistlərin sayı yüksəldikcə, qiymətlər də müxtəlif hotellərdə fərqlənir.
31Dekabr – 2 Yanvar bölgələrdə yerləşən məşhur hotellərdə istirahətin qiymətləri belədir
Məşhur hotellərdə bayram paketləri
• Shamakhi Palace Sharadil – 1 nəfər üçün 1 980 AZN
• Basqal Resort & Spa – 2 gecə üçün 1 860 AZN Hotelin nəzdnindəki daha böyük ailələr üçün nəzərdə tutulan 6 nəfərlik villaların qiymətləri isə təxminən 5030 manat civarındadır.
• Lankaran Springs Wellness Resort – 2 nəfərlik paket 1 500 AZN
• Şirvan Grand Hotel – 2 nəfər üçün 1 390 AZN
• Sakit Göl Şamaxı – 2 nəfərlik standart otaq 1 100 AZN
• Marxal Resort & Spa – 2 nəfərlik standart otaq 840 AZN
• Qafqaz Tufandağ Hotel – 2 nəfərlik standart otaq 840 AZN
• Qala Hotel Xankəndi – 2 nəfərlik otaq 790 AZN
• Qarabağ Hotel (Şuşa) – 2 gecə 750 AZN
• Sheki Palace Hotel – 2 nəfərlik paket 660 AZN
• Park Chalet Şahdağ – 1 nəfər üçün 350–400 AZN
Qeyd edək ki, Qiymətlər hotelin xidmətlərinə, otaq tipinə və bayram paketinə görə dəyişir. Paketlərə adətən Qala gecəsi, səhər və şam yeməkləri, canlı musiqi, şou proqramları, Spa xidmətləri və uşaqlar üçün əyləncə daxil olur.




