QIZIL 50 DƏFƏDƏN ÇOX TARİXİ REKORD QIRDI
QIZIL 50 DƏFƏDƏN ÇOX TARİXİ REKORD QIRDI
2026-CI İL ÜÇÜN PROQNOZLAR NƏDİR?
Qızıl 2025-ci ildə 50-dən çox tarixi rekord qırıb və 60 faizdən artıq gəlir gətirərək investorları sevindirib. Məlumat Dünya Qızıl Şurasının yeni hesabatında yer alıb. Bu, ABŞ dollarının zəifləməsi, geosiyasi gərginliklərlə izah olunur. 2026-cı il üçün isə proqnoz belədir.
• Dünya iqtisadiyyatı zəifləsə, qızıl qiymətləri orta səviyyədə arta bilər.
• Qlobal risklər yüksək olarsa, qızıl qiymətləri daha sürətlə yüksələ bilər.
• ABŞ iqtisadiyyatı güclənsə, yüksək faiz və güclü dollar qızılın qiymətinə təzyiq edə bilər.




