SÜNİ İNTELLEKT NAZİRİ RÜŞVƏTXOR ÇIXDI
“MƏMUR” CƏZALANDIRILARAQ “OFLAYN REJİMƏ” KEÇİRİLDİ
Albaniyanın süni intellekt naziri rüşvətxorluqda şübhəli bilinərək “saxlanılıb” . Belə ki, , Albaniyanın İA-naziri Diella avtomagistral tikintisi üzrə tenderin “optimizasiyası” qarşılığında kriptovalyuta qəbul etməkdə ittiham olunur. Xüsusi prokurorluq müəyyən edib ki, hər bir müqavilənin dəyərinin 10–15%-i naməlum hesablar vasitəsilə yönləndirilib və süni intellekt bu prosesi “standart protokol” kimi qiymətləndirib.Süni intellekt tərəfindən idarə olunan “nazir” 14 bitkoin həcmində rüşvət almaqda şübhəli bilinərək “oflayn rejimə” keçirilib. Qeyd edilir ki, nazir əldə etdiyi bitkoinləri özünü yeniləmək — yeni serverlər və proqram təminatı almaq üçün istifadə etməyi planlaşdırıb.




