ƏRƏB HOLDİNQİNDƏN 5 MİLYARDLIQ LAYİHƏ
ƏRƏB HOLDİNQİNDƏN 5 MİLYARDLIQ LAYİHƏ
«DƏRNƏGÜL» VƏ «BAKSOL» BAZARLARI DA KÖÇÜRÜLƏCƏK
“Şəhər daxilində şəhər” yaradılacaq. Layihəyə təxminən 5 milyard dollar sərmayə yatırılması planlaşdırılır. Məqsəd Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zona yaratmaqdır. Fed .az xəbər verir ki, bir neçə ay əvvəl ərəb holdinqi ilə bağlanan və paytaxtda böyük ərazinin yenidən qurulmasını nəzərdə tutuna müqaviləyə əsasən bəzi ərazilərin köçürüləcəyi elan edilib. Söhbət Bakıda Böyükşor gölünün ətrafındakı ərazilər, ümumiyyətlə Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərin köçürülməsindən və yenidən qurulmasından gedir. İlk baxışdan park və zavod fabrik sahələri təsiri bağışlasa da, Bakının iki böyük sənaye ticarət mərkəzi – «Dərnəgül» və «Baksol» adlanan ərazilərdəki tikinti bazarları da bu ərazilərə düşür. Hazırda yüzlərlə sahibkarın çalışdığı bu bazarlar aktiv fəaliyyət göstərir. Nazirlər Kabinetinin sərəncamına əsasən, layihəyə görə onlar da başqa ərazilərə köçürüləcəklər. Xatırladaq ki, bir neçə gün əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə müxtəlif dövlət qurumlarının nümayəndələrinin sahibkarlarla görüşü keçirilib və həmin görüşdə sözügedən məsələ müzakirə edilib. Bu barədə sahibkarlara xəbərdarlıq edilib və alternativ ərazilər təklif edilib. Qeyd edək ki, alternativ ərazilərdən biri Abşeron Ticarət Mərkəzi ola bilər.




