82,7 MİLYARDLIQ MEGA SATINALMA
NETFLİX “HARRY POTTER” VƏ HBO SERİALLARINI ƏLƏ KEÇİRDİ
Netflix ABŞ-ın ən böyük və məşhur film və televiziya istehsal şirkətlərindən biri olan Warner Bros.unn satın alınması üzrə keçirilən tenderdə qalib gələrək tarixi razılaşmaya imza atıb. Müqavilənin dəyəri 82,7 milyard dollar təşkil edir. Sövdələşmədən sonra Netflix “Harri Potter” filmlərinin ekranlaşdırma hüquqlarına, DC komikslərinin bütün layihələrinə, həmçinin ABŞ-ın məşhur kabel və peyk televiziya kanalı HBO-nun bütün seriallarına nəzarət edəcək.




