BU TORPAQLARDA EV TİKİNTİSİNƏ QADAĞA QOYULDU
BU TORPAQLARDA EV TİKİNTİSİNƏ QADAĞA QOYULDU
YALNIZ MÜVƏQQƏTİ VƏ YÜNGÜL KONSTRUKSİYALARA İCAZƏ VERİLƏCƏK
Kənd təsərrüfatı təyinatlı torpaqlarda anbar, tövlə, ev və digər daimi tikililərin inşası qəti şəkildə qadağan olunur. Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən bu torpaqlarda yalnız müvəqqəti və yüngül konstruksiyalı tikililərə icazə veriləcək. Söhbət torpağa beton tökülmədən, xüsusi texnika olmadan quraşdırılan və istənilən vaxt sökülə bilən konstruk¬siyalardan gedir.
İcazə verilən müvəqqəti tikililər bunlardır.
- Kənd təsərrüfatı texnikası, ot və yem üçün müvəqqəti saxlanc yerləri
- Çoban evləri və yataqlar
- İşçilərin istirahət və sanitariya-gigiyena məntəqələri
- Qısa müddətli istifadə üçün nəzərdə tutulan digər yüngül konstruksiyalar




