GÖMRÜK KOMİTƏSİ BÜDCƏ PROQNOZUNA TAM ƏMƏL ETMƏYİB
GÖMRÜK KOMİTƏSİ BÜDCƏ PROQNOZUNA TAM ƏMƏL ETMƏYİB
GƏLİRLƏR 11 AYDA 35,6 MİLYARD MANATI ÖTÜB
2025-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 35,6 milyard manat, xərcləri isə 31,4 milyard manat olub. Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir. Büdcə gəlirlərində:
Dövlət Vergi Xidməti üzrə daxilolmalar 15,3 milyard manat təşkil edib və plan 5,1% üstələnib.
Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 41,6 milyon manat olub və proqnoz 32,5% artıq icra edilib.
Dövlət Neft Fondundan transfertlər 13,27 milyard manat təşkil edib və tam yerinə yetirilib.
Digər tərəfdən:
Gömrük daxilolmaları 5,75 milyard manat olmaqla proqnozun 96,6%-i icra olunub.
Dövlət təşkilatlarının ödənişli xidmət gəlirləri 592,3 milyon manat olub (72,7% icra).
Digər daxilolmalar 654,7 milyon manat təşkil edib və demək olar ki, tam icra olunub (99,1%)




