1 MİLYARDDAN ÇOX MƏLUMAT ƏLÇATAN OLACAQ
1 MİLYARDDAN ÇOX MƏLUMAT ƏLÇATAN OLACAQ
SÜNİ İNTELLEKT STANDARTLARI HAZIRLANIR
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi süni intellekt texnologiyalarının etik prinsiplərə uyğun və təhlükəsiz istifadəsi üçün xüsusi standartlar hazırlayır. Belə ki, ölkədə 1 milyarddan çox məlumat geniş ictimaiyyət üçün əlçatan olacaq. Bu məlumatlar startaplar, elmi-tədqiqat institutları və özəl sektor üçün yerli süni intellekt modelləri yaratmağa imkan verəcək. Eyni zamanda, sahədə qanunvericilik və tənzimləmə mexanizmləri də hazırlanır. Məqsəd süni intellektin təhlükəsiz şəkildə, insan rifahına xidmət etməsini təmin etməkdir.




