155 MİLYON DOLLARLIQ RÜŞVƏTƏ GÖRƏ EDAM EDİLDİ
ÇİNDƏ KORRUPSİYAYA QARŞI SƏRT CƏZA
Çin hakimiyyəti dövlətə məxsus “China Huarong International” şirkətinin keçmiş baş direktoru Bay Tyanxue barəsində çıxarılan ölüm hökmünü icra edib. O, ümumilikdə 1,1 milyard yuan – təxminən 155 milyon dollar rüşvət almaqda təqsirli bilinib. Bay Tyanxue 2024-cü ilin mayında Tianjin məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib. Qeyd edək ki, şirkətin sabiq rəhbəri Lay Syaomin də 2021-ci ildə oxşar ittihamlarla edam olunub. Çində iri məbləğdə korrupsiya cinayətlərinə qarşı cəza siyasəti getdikcə daha da sərtləşir.




