154 MİLYON AVROYA İKİ AVİAŞİRKƏT ALDI
“PEGASUS AİRLİNES” TƏYYARƏ PARKINI GENİŞLƏNDİRİR
Türkiyənin “Pegasus Airlines” şirkəti Çexiyanın “Czech Airlines” və onun törəməsi “Smartwings” şirkətini 154 milyon avroya satın alacaq. Hər iki brend qalacaq və sövdələşmə Çexiya aviadaşıyıcılarının debitor borclarının ödənilməsini əhatə edəcək. Alış prosesi hüquqi icazələr və təhvil şərtləri tamamlandıqdan sonra yekunlaşacaq.“Pegasus” bildirib ki, təyyarə parkını 14-dən 127 təyyarəyə qədər genişləndirməklə artıq dünyanın ən səmərəli və gəlirli aviaşirkətlərindən birinə çevrilib. 1990-cı ildən fəaliyyət göstərən şirkət hazırda 114 təyyarə ilə 54 ölkəyə, 153 istiqamətə uçuşlar həyata keçirir.




