SƏSLƏ İDARƏ OLUNAN DÜNYANIN İLK SMARTFONU
ÇİN BAZARINDA ƏLAMƏTDAR HADİSƏYƏ
Çində tamamilə səslə idarə olunan dünyanın ilk smartfonu – “Nubia M153” qurğusu təqdim edilib.Məlumata görə, smartfon sadəcə səs əmri ilə restoranlarda masaların rezervasiyası və şəkillərin redaktə edilməsi də daxil olmaqla bir sıra gündəlik tapşırıqları yerinə yetirə bilir.
“Nubia M153” smartfonunun qiyməti 494 dollardır. Mühəndislik prototipi kimi təqdim edilən və yalnız onlayn sifarişlə satılan smartfon Çin bazarında əlamətdar hadisəyə çevrilib.




