İŞÇİLƏR ÜÇÜN YENİ HÜQUQ
İŞÇİLƏR ÜÇÜN YENİ HÜQUQ
6 AY ÇALIŞDIQDAN SONRA MƏZUNİYYƏTƏ ÇIXA BİLƏCƏKLƏR
Altı ay çalışan işçiyə il bitənədək məzuniyyət verilməsi məcburi olacaq.Belə ki, Əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik ediləcək. Layihəyə əsasən, işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda veriləcək.İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda veriləcək.İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçiriləcək.




