TEXNOLOGİYA VƏ STARTAP SAHƏSİNDƏ TANINMIŞ SAHİBKARLARLA GÖRÜŞ
TEXNOLOGİYA VƏ STARTAP SAHƏSİNDƏ TANINMIŞ SAHİBKARLARLA GÖRÜŞ
MİKAYIL CABBAROV LİBERMAN QARDAŞLARI İLƏ NƏLƏRİ MÜZAKİRƏ ETDİ?
Azərbaycan süni intellekt sahəsində strateji inkişafı gücləndirməkdə maraqlıdır və ölkə həm milli, həm də regional əməkdaşlıq imkanlarına açıqdır. Bunu İqtisadiyyat naziri Mikayil Cabbarov texnologiya və startap sahəsində tanınmış sahibkarlar, beynəlxalq texnologiya təşəbbüskarları Daniil və David Liberman qardaşları ilə görüşdə deyib. Tərəflər süni intellekt və hesablama infrastrukturunun inkişafı, həmçinin mərkəzləşdirilməmiş texnologiyaların tətbiqi imkanlarını müzakirə edib. Mərkəzi Asiya, Körfəz ölkələri və Türkiyə ilə əməkdaşlıq perspektivləri görüşdə əsas mövzular arasında olub. Qeyd edək ki, Liberman qardaşları “Libermans Co.” vasitəsilə beynəlxalq layihələrdə fəaliyyət göstərir və Snap Inc. və digər innovativ startaplarda məhsul və texnologiya rəhbərliyi sahəsində təcrübəyə malikdirlər. Onlar mərkəzləşdirilməmiş texnologiyaların və süni intellekt həllərinin tətbiqi sahəsində strateji təşəbbüsləri ilə də tanınırlar.




