ÜZƏRİNDƏ POLAD HƏŞİMOVUN ŞƏKLİ OLAN ƏSGİNASLAR BURAXILIB?
ÜZƏRİNDƏ POLAD HƏŞİMOVUN ŞƏKLİ OLAN ƏSGİNASLAR BURAXILIB?
MƏRKƏZİ BANK AÇIQLAMA VERDİ
Sosial şəbəkələrdə yeni 3000 manatlıq əsginasın görüntüləri yayılıb.Əsginasın bir üzündə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəkli, digər üzündə isə Şuşa qalası əks olunub. Məsələ ilə bağlı Mərkəzi Bankdan Oxu.Az-a bildirilib ki, görüntülər saxtadır.Qeyd edilib ki, Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan milli pul nişanlarının nominal strukturu yeddi ədəd kağız pul nişanından və altı ədəd metal pul nişanından ibarətdir. Tədavüldə olan milli pul nişanlarına dair məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib.




