AZƏRBAYCANDA STARTAP EKOSİSTEMİ GENİŞLƏNİR
DAHA 18 KOB YENİ ŞƏHADƏTNAMƏ ALDI
AZƏRBAYCANDA STARTAP EKOSİSTEMİ GENİŞLƏNİR
Azərbaycanda daha 18 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki, “Startap” şəhadətnaməsinin verilməsi üzrə KOBİA-da yaradılan Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olan 29 müraciətə baxılıb və onlardan 18-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Şəhadətnamə sahibləri arasında süni intellekt, mobil tətbiqlər, onlayn platformalar, rəqəmsal təhsil və marketpleys layihələri yer alır. Qeyd edək ki,bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 238-ə çatıb.”Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.




