BİR SENT 17 MİLYON DOLLARA SATILDI
ABŞ-DƏ İQTİSADİ SƏMƏRƏSİZLİYƏ GÖRƏ MÜHÜM QƏRAR
ABŞ-də son dövrlərə aid bir sentlik sikkə hərracda 17 milyon dollara- təxminən 29 milyon manata satılıb. Bildirilir ki, bu sikkələr istehsal edilən son sent pullar hesab olunur. İqtisadi cəhətdən səmərəsiz olduğu üçün bir sentlik sikkələrin buraxılışı 2025-ci ilin noyabrında dayandırılıb. Bir sentlik sikkənin hazırlanması onun nominal dəyərindən təxminən dörd dəfə baha başa gəlirdi.




