İSLAM İNKİŞAF BANKI QRUPUNUN SƏDRİNDƏN AÇIQLAMA
İSLAM İNKİŞAF BANKI QRUPUNUN SƏDRİNDƏN AÇIQLAMA
“DƏYƏRİ 430 MİLYON DOLLARDAN ÇOX OLAN İRİ LAYİHƏ ÜZƏRİNDƏ İŞLƏYİRİK”
İslam İnkişaf Bankı Qrupu Azərbaycanla dəyəri 430 milyon ABŞ dollarından çox olan iri layihə üzərində işləyir. Layihə su ehtiyatlarının daha səmərəli idarə olunmasına, köhnəlmiş və zədələnmiş kanalların bərpasına, eləcə də sızmalar nəticəsində yaranan itkilərin qarşısının alınmasına xidmət edir. Bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Qrupun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən yüksəksəviyyəli qeyri-rəsmi müzakirədə deyib. O qeyd edib ki, münasibətlər başlayandan etibarən Azərbaycanda ümumi dəyəri 1,3 milyard ABŞ dollarından çox olan layihələr maliyyələşdirilib. Qarabağın işğaldan azad olunmasından sonra tərəfdaşlıq daha da genişlənib. Onun sözlərinə görə, magistral və avtomobil yolları, hətta dəmir yolu infrastrukturu da daxil olmaqla digər istiqamətlər üzrə layihələr də nəzərdən keçirilir.




