İXTİRAÇILARA XOŞ XƏBƏR
PATENT GƏLİRİNİN 50%-Nİ QONORAR KİMİ ALACAQLAR
Müəlliflər patentdən əldə olunan gəlirin ən azı 50 faizini qonorar kimi alacaqlar. Bu, “Patent haqqında” qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliyə görə işəgötürənin tapşırığı ilə ixtira, faydalı model və ya sənaye nümunəsi yaradan müəlliflərin əməyinin ödənilməsi üçün hüquqi baza yaradılır. Belə ki, Qanuna görə, patentdən gəlir əldə edildikdən sonra əvvəlcə patentin alınması və qüvvədə saxlanılması üçün çəkilən xərclər çıxılacaq. Qalan məbləğin isə azı 50 faizi müəllifə qonorar kimi ödəniləcək.




