ÜÇÜ DƏ MƏKTƏBDƏN DOSTDUR
DÜNYANIN ƏN GƏNC MİLYARDERLƏRİ AÇIQLANDI
“Forbes” jurnalı 40 yaşdan kiçik ən varlı və öz zəhmətləri ilə bu zirvəyə çatan insanların reytinqini dərc edib. Siyahıya planetin ən gənc milyarderləri olan 22 yaşlı üç sahibkar daxildir. Amerikalı sahibkarlar Adarş Hiremat, Brendan Fudi və Surya Midha məktəbdən dost olublar. 2023-cü ildə onlar süni intellektlə işləyən işə qəbul startapı “Mercor”u təsis ediblər. Qeyd edək ki, “Mercor” şirkətdə işə qəbul üçün müraciət edən namizədləri qiymətləndirərkən subyektiv hisslərin təsirini azaltmağa kömək edir.




