İRAN PULU “SIFIR”A DÜŞDÜ
ABŞ VƏTƏNDAŞLARINI İRANI TƏRK ETMƏYƏ ÇAĞIRDI
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını İran ərazisini dərhal tərk etməyə çağırıb. Bu barədə bəyanat qurumun saytında yer alıb.Bəyanatda ABŞ vətəndaşlarına İran ərazisini Ermənistan və ya Türkiyə vasitəsilə quru yollarla tərk etmək tövsiyə edilib.Xəbərdarlıqda qeyd olunub ki, ABŞ pasportunun olması İran hakimiyyəti tərəfindən saxlanılmaq üçün əsas ola bilər. Vətəndaşlara həmçinin internet kəsintilərinin ola biləcəyi söylənilib və əvvəlcədən alternativ rabitə vasitələrini planlaşdırmaq tövsiyə olunub. Xatırladaq ki, İranda dekabrın 28-də milli valyutanın dəyərdən düşməsi ilə başlayan etirazlar üçüncü həftədir ki, davam edir. Etiraz aksiyalarında ölənlərin sayı 500 nəfəri keçib. Hazırda ölkənin milli valyutası olan rial isə avro və dollara qarşı faktiki olaraq “0,00” səviyyəsinə enib.




