BANKLARIN FAİZ GƏLİRLƏRİ AÇIQLANDI
ƏN ÇOX QAZANAN “KAPİTAL BANK” OLUB
2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən bankların faiz gəlirləri 4 milyard 996 milyon manat olub. 2024-cü illə müqayisədə ötən il bankların faiz gəlirləri 918 milyon manat və ya 22,5% artıb. Azərbaycanda ən çox faiz gəliri əldə edən bank “Kapital Bank” olub. “Kapital Bank”ın faiz gəliri ötən il 1 milyard 180 milyon manat olub.




