HAKAN FİDAN BÖLGƏDƏKİ GƏRGİNLİKDƏN DANIŞDI
HAKAN FİDAN BÖLGƏDƏKİ GƏRGİNLİKDƏN DANIŞDI
“FARS KÖRFƏZİ ÖLKƏLƏRİ İRANA HÜCUM ETSƏ, MÜHARİBƏ GENİŞLƏNƏCƏK”
Savaşın daha geniş coğrafiyaya yayılma ehtimalı Türkiyəni də narahat edir. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, hücuma məruz qalan İran bölgədə gərginlik yaratmaq strategiyası ilə hərəkət edir. Onun sözlərinə Tehranın hücum etdiyi enerji ölkələri dünya iqtisadiyyatı üçün önəmlidir və İran da bunu bilir. Həmçinin deyib ki, enerji təhlükəsizliyinə təhdid yaratmaq İranın təzyiq metodur. Hakan Fidan əlavə edib ki, İranın hücum etdiyi ölkələr əks-hücum hüquqlarından istifadə etsə, müharibənin cəbhəsi ikitərəfli genişlənəcək.




