XAMENEİNİN OĞLUNUN LONDONDAKI MƏNZİLLƏRİ
XAMENEİNİN OĞLUNUN LONDONDAKI MƏNZİLLƏRİ
DƏYƏRİ 50 MİLYON FUNTDAN ÇOXDUR
Britaniya mediası Xameneinin oğluna məxsus elit mənzillər barədə məlumat yayıb.
Bloomberg agentliyinin araşdırmasına görə, İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xamenei Londonda, nüfuzlu Kensinqton rayonunda iki lüks mənzilə sahibdir.
Məlumata əsasən, 6-cı və 7-ci mərtəbələrdə yerləşən bu mənzillərin ümumi dəyəri 50 milyon funt sterlinqdən təxminən 115 milyon manatdan çoxdur. Bildirilir ki, mənzillər İsrailin Londondakı səfirliyindən 50 metrdən az məsafədə yerləşir.
Həmin ərazi həmçinin Kensinqton sarayı yaxınlığındadır. Bu saray Uels şahzadəsi və şahzadəsinin Londondakı rəsmi iqamətgahıdır. Araşdırmaya görə, 56 yaşlı Müctəba Xamenei bu mənzillərə 2014-cü ildən sahibdir.




