DİLƏNÇİLƏR YA CƏRİMƏLƏNƏCƏK, YA DA HƏBS EDİLƏCƏKLƏR
DİLƏNÇİLƏR YA CƏRİMƏLƏNƏCƏK, YA DA HƏBS EDİLƏCƏKLƏR
İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLİKLƏR EDİLİR
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni, 523-1-ci maddəyə əsasən dilənçiliklə məşğul olmağa görə əvvəlcə xəbərdarlıq ediləcək, yaxud 300 manatadək cərimələnəcəklər. Bu kifayət sayılmadıqda 10 günədək inzibati həbs tətbiq olunacaq. Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə isə 500 manatadək cərimə tətbiq ediləcək. Bu kifayət sayılmadıqda şəxs 15 günədək inzibati həbs olunacaq.




