NAXÇIVANDA 6,5 MİLYONLUQ TAXIL QALMAQALI
NAXÇIVANDA 6,5 MİLYONLUQ TAXIL QALMAQALI
İCRAÇI DİREKTOR SAXLANILDI, FUAD NƏCƏFLİ HƏBS EDİLƏ BİLƏR?
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin icraçı direktoru Şakir Tarverdiyev həbs olunub. Həbsin təfərrüatları Teleqraf-a məlum olub.Bildirilir ki, Şakir Tarverdiyev 10 min tondan artıq taxılı 6 milyon 500 yüz min manata sataraq pulu mənimsəyib. Bu işi o, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin göstərişi ilə edib. Nəticədə Naxçıvanın taxıl ehtiyatları tükənib. Şakir Tarverdiyevə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə və vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham elan edilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.Xatırladaq ki, 2025-ci ildə vəzifəsindən azad edilən Fuad Nəcəflinin də istintaqa cəlb edildiyi və həbsinə hazırlıq getdiyi qeyd edilir.




