BAKI SƏMASINDA DRON HƏYƏCANI
MÜDAFİƏ NAZİRLİYİ MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ
İNTERŞUM:
Bakının üzərində dron uçması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.Bu məsələ istifadəçilər arasında müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Manset.az Müdafiə Nazirliyinə sorğu ünvanlayıb.
Sorğunun cavabında “Narahatlığa heç bir əsas yoxdur”, – deyə bildirilib.
Yayılan başqa məlumatda deyilir ki, Bakıda havada müşahidə olunan dronlar ölkəmizə məxsusdur və nəzarət məqsədilə uçuşlar həyata keçirir.
Bu dronlar müəyyən ərazilərdə vəziyyətə nəzarət etmək üçün istifadə olunur və mövcud şəraitdə belə uçuşlar normal sayılır.




